İran Quran Xəbər Agentliyi (İQNA): Seda Anlayn xəbər bürosunun məlumatına əsasən, Suriya müftisi Əhməd Bədrəddin Həsun bu görüşdə dedi: Suriya və Livan xalqı iki ölkədə bir millətdir, amma qərb Livan və Suriya əleyhinə törətdiyi hər bir təxribatı zamanı bilməlidir ki, bütün Livan və Suriya oğulları şəhid olana qədər onlara müqavimət göstərməyə hazırdırlar.
Qeyd edilməlidir ki, Livan heyəti mehr ayının 16-sı Hələbə daxil oldu, Suriyanın böyük şeyxi ilə görüşündə onun oğlu Sariyə Əhməd Bədrəddin Həsunun terrorist qruplar tərəfindən şəhid olması münasibətilə müftiyə baş sağlığı verdilər. 877564