IQNA

Tunisin “Nəsmə” televiziya kanalının rəhbəri müsəlmanlardan üzr istədi

15:01 - October 13, 2011
Xəbər sayı: 2204233
Beynəlxalq şöbə: Tunisin “Nəsmə” televiziya kanalının rəhbəri Nebil Keruvi mehr ayının 19-u bu ölkənin müsəlmanlarından islama və İran Persopoluna zidd olan film nümayiş etdirdiyi üçün üzr istədi.
İran Quran Xəbər Agentliyi (İQNA): «ajib» xəbər bürosunun məlumatına əsasən, “Nəsmə TV” telekanalı vasitəsilə Persopolis filminin yayımlanmasına görə Tunis müsəlman sakinlərinin etirazından sonra Nebil Keruvi bu ölkənin mətbuat işçiləri ilə söhbətində bu filmin yayımlanmasını “Böyük səhv” adlandırdı və xalqdan üzr istədi.
O qeyd etdi: Mən bildirirəm ki, “Nesme” telekanalında bu filmin yayımlanması böyük səhv idi, buna görə də çox narahatam. “Nesme” kanalı Tunis millətinin dini dəyərlərinə hörmətsizlik etmək niyyətində deyil.
Qeyd olunmalıdır ki, “Nesme” telekanalında “Persopolis” filmi yayımlandıqdan sonra Tunisin müsəlman əhalisi bu telekanalın binası qarşısında “Nesme” TV-nin nümayəndələrini təhqir edərək öz etirazlarını bildirdilər. 878362
captcha