IQNA

10:38 - October 24, 2011
Xəbər sayı: 2210666
Siyasi və ictimai şöbə: Qazaxıstan Respublikasının Şimkənd şəhərində oxuyan şagirdlərin valideynləri bu ölkənin məktəblərində islam hicabının qadağan olunması ilə əlaqədar qanunun ləğv edilməsi məqsədilə yürüş təşkil etdilər.
İran Quran Xəbər Agentliyi (İQNA): Mərkəzi Asiya şöbəsinin məlumatına əsasən, Şimkənd orta məktəb şagirdlərinin bir çox ata və anaları şagirdlərin islam hicabının qadağan olunması əleyhinə yürüş təşkil etməklə məktəblərdə islam hicabının azadlığını tələb etdilər.
Mehr ayının 28-də təşkil olunmuş bu yürüşdə iştirak edənlər dövlət məktəblərində hicablı şagirdlərə tətbiq edilən hicab qadağası qanununun ləğvini tələb ediblər.
Həmçinin onlar ölkənin din və məzhəblərə qadağa qoymamasını və dövlət orta məktəblərində islam hicabının tam azad şəkildə bağlanmasını bu ölkənin rəsmi qüvvələrindən istədilər. 885066
Ad:
E-poçt:
* Comment:
* captcha: