IQNA

Beynəlxalq Xartum qurultayında 170 min nüsxə Quranın paylanması

18:46 - December 20, 2011
Xəbər sayı: 2242343
Beynəlxalq şöbə:”Qurani-Kərim və islam mədəniyyətində onun rolu” adlı beynəlxalq qurultayda iştirak edənlər arasında 170 min nüsxə Qurani-Kərim Sudanın paytaxtı Xartum şəhərində paylandı.
İran Quran Xəbər Agentliyi (İQNA): “Somaliatoday” xəbər bürosunun məlumatına əsasən, azər ayının 24-ü, cümə axşamı Sudanın prezidenti Ömər Əl-Bəşirinin rəhbərliyi ilə Xartumun Afrika dünya universitetində fəaliyyətə başladı və azər ayının 26-sı sona çatdı.
16 ölkədən gələn bir çox alimlər Xartum Quran qurultayında iştirak edirdi və sonda 170min Quran nüsxəsi iştirakçılar arasında paylandı.
Xartumda Afrika dünya universitetinin rektoru Həsən Məkki bildirdi: bu qurultayda 160-dan çox müsəlman alim və şəxsiyyət iştirak etdi və maraqlananların istifadəsi üçün qurultay məqalələrinin kitab şəklində nəşr olunması qərarlaşdırıldı.
Əli Osman Muhəmmədtəh elm əhlindən və universitetlərdən də tələb etdi ki, xalqı Qurana tərəf yönəlməyə hidayət etsin və təkidlə dedi: islam ümmətinin, cəmiyyətin Quran nəşrlərinə xüsusi diqqətinin artırılması naminə fəaliyyətin genişləndirilməsi mühümdür. 918347
captcha