İran Quran Xəbər Agentliyi (İQNA): “Səfir niyuz” xəbər bürosunun məlumatına əsasən, Fransa müsəlmanları şurası bu bəyannamədə son iki aya işarə edərək bildirdi ki, islam düşmənləri bu ölkənin müxtəlif şəhərlərinə hücum ediblər, Fransanın dini-siyasi nümayəndələri bu cür addımların qarşısını almaq üçün tədbirlər görməyini tələb etdi.
Bu bəyannamənin bir hissəsində yazılmışdır: Roissy-En-Brie, Saint-Armant les Eaux, Montbéliard, Villeneuve-sur-Lot, Pau, Décines şəhərləri dekabr ayının əvvəlindən dekabrın 20-nə kimi hücuma məruz qalıblar.
Bu bəyannamənin sonunda deyilir: Fransa müsəlmanları şurası yenidən parlamentdə islama zidd addımların tədqiqat komitəsinin təşkilinin zəruriliyini bildirir və elan edir ki, bu addım şəhər sakinləri arasında birlik və sülh yaratmağa kömək edə bilər. 920795