IQNA

Ehsanoğlu Məkkə sənədinin məzmununun (məfad sənəd) tədqiqi ilə əlaqədar II iclasın keçirilməsini tələb etdi

18:04 - December 27, 2011
Xəbər sayı: 2246520
Beynəlxalq şöbə: İslam həmkarlar təşkilatının baş katibi İkmaləddin Ehsanoğlu Məkkə sənədinin məzmununun tədqiqi ilə əlaqədar II iclasın keçirilməsini tələb etdi.
İran Quran Xəbər Agentliyi (İQNA): “oic-oci” xəbər bürosunun məlumatına əsasən, İslam həmkarlar təşkilatının baş katibi İraqın paytaxtı Bağdadda terrorist partlayışları ilə bağlı bəyannamə nəşr edərək dedi: İraqın dini, siyasi, yerli tayfa qurumları gərək milli vəhdət və birliyə çalışsınlar və təfriqə yaradan addımların həyata keçirilməsindən çəkinsinlər.
O əlavə etdi: İraqın siyasi və dini rəhbərləri Məkkənin 2006-cı ildə təsdiqlənmiş sənədinin məzmununa hörmət etməli və bu ölkə xalqının arasında nifaqın yaranmasına qarşı mübarizə aparmalıdırlar.
İslam Həmkarlar təşkilatının baş katibi bu bəyannamənin digər hissəsində aydınlıq gətirdi: İslam həmkarlar təşkilatı 2006-cı ildə Məkkədə təsdiqlənmiş sənədin tədqiqi ilə əlaqədar II dəfə iclasın keçirilməsinə hazırdır.
Qeyd olunmalıdır ki. Məkkə sənədi miladi 2006-cı il oktyabrın 20-də İraqın bütün din rəhbərləri arasında Məkkədə imzalandı. 921936
captcha