IQNA

18:09 - December 27, 2011
Xəbər sayı: 2246524

Afrika ölkələrinə göndərmək üçün Quran nüsxələrinin toplanmasına çağırış

Beynəlxalq şöbə: Misirin “Yumn” xeyriyyə müəssisəsi Cənubi Afrika ölkələrinə göndərmək üçün evlərdə olan əlavə Quranların toplanmasını istədi.

İran Quran Xəbər Agentliyi (İQNA): Misirdə çap olunan “Əl-youmə Əl-sabe” qəzetinin məlumatına əsasən, Misirin Yomn xeyriyyə müəssisəsi bu çağırışda müsəlmanlardan Cənubi Afrika ölkələrinin müsəlman camaatı üçün mənzillərdən əlavə Quranların toplanıb göndərilməsini istədi.
Yomn xeyriyyə müəssisəsinin hesabatına əsasən, bu ölkədə islam dinini qəbul edən insanların Quranı yoxdur və bu məntəqələrdə Qurani-Kərim az tapılır və çox bahadır.
Bu müəssisə elan etdi: Bütün insanlar Cənubi Afrika ölkələri üçün Quranın toplanması layihəsində həmkarlıq edə, hətta bu məqsədlə Quranlar alsınlar. 922190
captcha