İran Quran Xəbər Agentliyi (İQNA): Mərkəzi məntəqə şöbəsinin məlumatına əsasən, Səmədovun arvadı islam partiyası rəhbərinin həbsindən sonra yaranmış çətinliklərə işarə edərək dedi: Onun varlığı cavan nəsl üçün böyük bir nemətdir və bizim ailənin İrana bağlılığı mənəvi cəhətdəndir, onunla fəxr edirik. Çünki , bizim mərcəyi təqlidimiz İrandadır və biz gərək İranla əlaqə yaradaq.
Səmədova əlavə etdi: Dövlət mənim yoldaşım üçün 12 il həbs cəzası təyin edəndə, islamın nə qədər məzlum olduğunu başa düşdüm, öz-özümə dedim. Ölkədə məscidləri dağıdıb, hicabı qadağan edirlər. Mübariz bir insan tapılanda, tarixi faktlarla hakimiyyətin zülmünü ifşa edəndə tutularaq həbs edilir. Xoşbəxtlikdən bu mübariz insan bizim ailədən olmuşdur.
Bu azərbaycanlı xanım mübarək Quran ayəsinə-“ya eyyuhəl-ləzinə əmənu in tənsurullahə yənsurkum və yusbit Əqdəməkum” işarə edərək dedi: Həyat yoldaşımın həbsindən sonra çoxlu dostlar tapmışıq və xalqın bizim ailəyə məhəbbəti artmışdır.
Qeyd etmək lazımdır ki, Möhsün Səmədov keçən il öz tarixi faktlara əsaslanan islam ali partiya şurasındakı çıxışında hakimiyyəti islamın əleyhinə olmasına görə tənqid etmişdir.
926035