IQNA

12:22 - January 05, 2012
Xəbər sayı: 2251698
Beynəlxalq şöbə: Kərbəla şəhər şurası Kərbəlada İmam Hüseyn (ə)-ın ərbəini ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirdi.
İran Quran Xəbər Agentliyi (İQNA): “Əl-fəyha” telekanalının məlumatına əsasən, Kərbəla şəhər şurasının rəhbəri Məhəmməd Əl-Musəvi bildirdi: Kərbəlada İmam Hüseyn (ə)-ın ərbəini ilə əlaqədar və ziyarətə gələn insanların yaxşı qarşılanması ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilir və hal-hazırda hazırlıqlar başa çatmaq ərəfəsindədir.
Məhəmməd Əl-Musəvi dedi: Kərbəla şəhərinin yerli nümayəndələri bu vilayətin təhlükəsizliyinin qorunması məqsədilə çox saylı qurultaylar keçirmişdir və yerli partiyaların çoxu bu sahədə Kərbəla şəhərinin nümayəndələrinə kömək etmişlər.
“Orta Fərat” əməliyyatının kamandiri Osman Əl-qanimi də bu haqda dedi: Xüsusi təhlükəsizlik proqramları məhərrəm ayının 10-da icra olundu və bəzi bir çox əməliyyatlar, strateji islahatlar da İmam Hüseynin ərbəin mərasimi üçün nəzərdə tutulmuşdur. 928332
Ad:
E-poçt:
* Comment:
* captcha: