IQNA

19:14 - January 18, 2012
Xəbər sayı: 2259514
Beynəlxalq şöbə: Livan şiələrinin islam ali şurasının baş katibi çıxışı zamanı dedi: Biz gərək Suriyanın sabitliyi və təhlükəsizliyinin qorunması üçün çalışırıq, çünki Suriyanın qorunması islam və ərəb məntəqələrinin möhkəmliyinin təzminatçısıdır.
İran Quran Xəbər Agentliyi (İQNA): “nowlebanon” xəbər bürosunun məlumatına əsasən, Livan şiələrinin islam ali şurasının baş katibi Ayətullah Əbdüləmir Qəblan Livana səfər etmiş Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul etdi və bildirdi: Biz hər cür dini və tayfa fitnələrinin əleyhinəyik və biz islam və milli vəhdətlə mübarizə aparan hər cür fitnənin qarşısını almağa çalışırıq.
Ayətullah Əbdüləmir Qəblan davamında əlavə etdi: Biz hal-hazırda islam ölkələri və millətlərinə qarşı fitnələr törədən rejimin əleyhinə birləşməliyik.
Livan şiələrinin islam ali şurasının baş katibi həmçinin Türkiyənin İran İslam Respublikası ilə həmkarlığının əsas məqsədinin Suriyanın himayəsi və milli vəhdəti olduğunu bildirdi. Bildirdi ki, Suriya terrorizm əleyhinə mübarizə aparan və hər cür dini fitnənin qarşısında duran bir müsəlman ölkəsidir. 936206
Ad:
E-poçt:
* Comment:
* captcha: