İran Quran Xəbər Agentliyi (İQNA): Əmirliyin rəsmi xəbər agentliyine (Vam) istinadən, Əmirliyin milli mətbuat şurası elan edib: Bu Quranlarda aydın şəkildə çap səhvlərinin olması və surələrin ardıcıllığının gözlənilməməsinə görə şəhərin “Əl-eyn” bazarından toplanmışdır.
Quran nüsxələrində çap səhvinin olması məlumatı çatdıqdan sonra ekspertlərdən biri bu Quranların satış yerlərinə göndərildi və bu məsələ öz təsdiqini tapandan sonra onları toplamağa başladı.
Bu ekspertin verdiyi məlumata əsasən, səhifələrin bir çoxu təkrarlanmışdır və buna görə də Quran oxuyanlar çox böyük çətinliklərə düçar olmuşlar.
Milli mətbuat şurasının digər bir mənbəyinin məlumatına əsasən başqa bir fakt meydana çıxmışdır, Qurani-Kərim nüsxələrinin çapı bazara qeyri-qanuni daxil olan icazəsiz təbəələrin işidir. 944269