İran Quran Xəbər Agentliyi (İQNA): «ic-el» xəbər bürosunun məlumatına əsasən, bu mərasimdə şiə dünyasının 6-cı günəşi Həzrəti İmam Cəfər Sadiq (ə)-ın mövludu və İran İslam inqilabının qələbəsi də qeyd olunacaq.
Londonun Əhli-beyt (ə) cəmiyyətinin həmkarlığı ilə keçiriləcək mərasimdə islam dirçəlişinin gələcəyi, islam dirçəlişinin mahiyyəti, islam dirçəlişində Fələstinin rolu, vəhdətin əhəmiyyəti və mahiyyəti, kapitalizmin süqutu, ifratçılıq və azlıqların hüququ, qərb tərəfindən şərq məntəqələrinin istismarı kimi mövzular tədqiq olunacaq. 944072