IQNA

16:56 - February 03, 2012
Xəbər sayı: 2267487

İslam və Quran elmlərinin tədrisi ittihamı ilə bir müsəlman tacik xanımın saxlanılması

Siyasi və ictimai şöbə: Kulab şəhərinin təhlükəsizlik qüvvələri Tacikistan dövlətinin islamofobiya siyasətinin ardınca bəhmən ayının 10-u evdə Quran və islam elmlərini tədris etdiyi üçün bir müsəlman xanımı saxlayaraq həbsə salmışdır.

İran Quran Xəbər Agentliyi (İQNA): Mərkəzi Asiya məntəqə şöbəsinin məlumatına əsasən, Tacikistanın təhlükəsizlik qüvvələri bu məlumatı elan etməklə bildirdi ki, bu 35 yaşlı xanım müəllimə iki nəfər qıza Quran və islam elmlərindən dərs dediyi üçün həbs olunmuşdur.
Həmçinin Kulab şəhərinin qadınların işi ilə məşğul idarənin nümayəndəsi olan Səidə Nuraminova müxbirlərlə müsahibəsində dedi: Hal-hazırda bu saxlanılan xanımın sənədləri tədqiq olunur.
Tacikistanın dini və siyasi ekspert və nazirləri bildirdilər ki, son vaxtlarda islam və müsəlmanlar əleyhinə bu ölkədə çox güclü təxribat gedir və bu da Tacikistan dövlətinin nümayəndələrinin həqiqətdən kənar siyasət yürütməklərinin nəticəsidir. 944256
captcha