İran Quran Xəbər Agentliyi (İQNA): Mərkəzi Asiya məntəqə şöbəsinin məlumatına əsasən, Tacikistanın təhlükəsizlik qüvvələri bu məlumatı elan etməklə bildirdi ki, bu 35 yaşlı xanım müəllimə iki nəfər qıza Quran və islam elmlərindən dərs dediyi üçün həbs olunmuşdur.
Həmçinin Kulab şəhərinin qadınların işi ilə məşğul idarənin nümayəndəsi olan Səidə Nuraminova müxbirlərlə müsahibəsində dedi: Hal-hazırda bu saxlanılan xanımın sənədləri tədqiq olunur.
Tacikistanın dini və siyasi ekspert və nazirləri bildirdilər ki, son vaxtlarda islam və müsəlmanlar əleyhinə bu ölkədə çox güclü təxribat gedir və bu da Tacikistan dövlətinin nümayəndələrinin həqiqətdən kənar siyasət yürütməklərinin nəticəsidir. 944256