IQNA

Londonda “İslam dünyasında humanitar və ictimai elmlər” adlı ilk qurultay keçiriləcək

17:17 - February 03, 2012
Xəbər sayı: 2267500
Beynəlxalq şöbə: “İslam dünyasında humanitar və ictimai elmlər” adlı ilk qurultay 1391-ci il xordad ayının 8-dən 10-na kimi SCRLondon ictimai tədqiqat mərkəzinin təşəbbüsü ilə bu şəhərdə keçiriləcək.
İran Quran Xəbər Agentliyi (İQNA): «scrlondon» xəbər bürosunun məlumatına əsasən, bu qurultay islam dünyasında ictimai və humanitar elm hövzələrində hazırki məsələlərin tədqiqi məqsədilə keçiriləcək.
Bu qurultay islam dünyasında sənaye və digər sahələrdə tədqiqatçılar arasında geniş əlaqələrin yaradılması üçün münasib fürsət yaradacaq.
Müasir İslam dünyasında İslam və hüquq, humanitar elmlər (tarix, insanşünaslıq, dil və dilçilik, fəlsəfə) və ictimai elmlər (psixologiya, iqtisadiyyat, siyasi elmlər) və s. mövzular bu qurultayın əsas tədqiqat mərkəzi olacaq.
Bu qurultaylar eyni zamanda həm ingilis və həm də ərəb dillərində keçiriləcək. 945108
captcha