İQNA xəbər agentliyinin “mobashernews” xəbər bürosuna istinadən verdiyi məlumata əsasən, Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkənin orta məktəblərində Quran və “Peyğəmbərin həyatı” dərslərinin tədris edilməsi ilə razılaşdı. Bu təklif Hakim Ədalət və İnkişaf Partiyası (AKP) millət vəkilləri tərəfindən irəli sürülmüşdü.
Orta məktəblərdə Quran və “Peyğəmbərin həyatı” tədris olunacaq və dərs seçimi məcburi olmayacaqdır.
Türkiyənin əsas müxalif partiyalarından olan Cümhuriyyət Xalq Partiyası (CHP) məsələ ilə bağlı narazılığını bildirdi. 977063