IQNA

0:22 - April 04, 2012
Xəbər sayı: 2297414

İslami İnkişaf bankının Düşənbə filialı açılaqcaq

İctimai və Siyasi şöbə: İslami İnkişaf bankı Tacikistanın paytaxtı Düşənbə şəhərində filial açmaq fikrindədir.


İQNA xəbər agentliyinin Mərkəzi Asiya regionu üzrə şöbəsinin verdiyi məlumata əsasən Tacikistan prezident aparatının informasiya idarəsi bu barədə deyib: İslam İnkişaf bankının Düşənbədə filialının təsis olunması barədə söhbətlər İmaməli Rəhman ilə İslami İnkişaf bankı rəisi Əhməd Məhəmmədəlinin axırıncı görüşlərində müzakirə olunub.
Bu xəbərə əsasən məlum görüş zamanı qərara alınıb ki, İslami İnkişaf bankının Düşənbə filialının açılması üçün lazım olan məsələlər 2013-cü il bu şəhərdə keçiriləcək İslami İnkişaf bankları şurasının 8-ci iclasında müzakirəyə çıxarılsın.
Hal-hazırda İslami İnkişaf bankı bu şəhərdə icra olunan səkkiz planın 264 milyon dollarlıq xərcini təmin edir.
977213
captcha