İQNA xəbər agentliyinin Mərkəzi Asiya regionu üzrə şöbəsinin verdiyi məlumata əsasən Tacikistan prezident aparatının informasiya idarəsi bu barədə deyib: İslam İnkişaf bankının Düşənbədə filialının təsis olunması barədə söhbətlər İmaməli Rəhman ilə İslami İnkişaf bankı rəisi Əhməd Məhəmmədəlinin axırıncı görüşlərində müzakirə olunub.
Bu xəbərə əsasən məlum görüş zamanı qərara alınıb ki, İslami İnkişaf bankının Düşənbə filialının açılması üçün lazım olan məsələlər 2013-cü il bu şəhərdə keçiriləcək İslami İnkişaf bankları şurasının 8-ci iclasında müzakirəyə çıxarılsın.
Hal-hazırda İslami İnkişaf bankı bu şəhərdə icra olunan səkkiz planın 264 milyon dollarlıq xərcini təmin edir.
977213