IQNA

7:18 - April 04, 2012
Xəbər sayı: 2297461

Finlandiyanın İslam Assosiasiyasının yeni başçısı təyin edildi

Finlandiyanın İslam Assosiasiyasının üzvləri assosiasiyanın yeni başçısı olaraq Abdulla Dalkilici seçdilər.

İQNA xəbər agentliyinin Türkiyənin Zaman qəzetinə istinadən verdiyi xəbərə görə assosiasiya üzvlərinin Aprelin 2-də (bazar ertəsi) Finlandiyanın İslam Assosiasiyasının təsis olunduğunun 5-ci ildönümünə aid keçirilən iclasında təşkilatın üzvləri assosiasiyanın yeni başçısı olaraq Abdulla Dalkilici seçdilər.
Abdulla Dalkilic proqramdakı nitqində dedi: Finlandiyanın İslam Assosiasiyasının ölkənin İslam cəmiyyətlərinin və institutlarının arasında əlaqə yaratmaq məqsədilə 2006-cı ildən fəaliyyətə başlamışdır.
O dedi ki, assosiasiya Finlandiyanın hökuməti ilə kontaktda olan yeganə rəsmi Müsəlman təşkilatıdır.
Cənab Dalkilicə görə, assosiasiya 50000 Finlandiyalı müsəlmanı təmsil edir.
O dedi ki, assosiasiya Finlandiya Təhsil Nazirliyindən illik 60000 Avronu alır.
O əlavə etdi ki, bu pul müxtəlif dini dialoq və görüşlərin təşkil olunması üçün xərclənir.
977777


captcha