IQNA

İslamı tanıma kitabları və quran nüsxələri Zimbaveye hədiyyə olaraq göndərildi

17:26 - April 04, 2012
Xəbər sayı: 2298079
Mədəniyyət və incəsənət şöbəsi: İran Mədəniyyət Məsləhətçiliyi tərəfindən iyirmi cild Qurani-Kərim və bir neçə cild kitab İslamı tanımaq və İranın tanınması mövzularında Zimbavenin Buluiva şəhərinin ümumi məscidlərinə və kitabxanalarına hədiyyə edildi.
İQNA xəbər agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatı şöbəsinin xəbərinə görə, hədiyyə edilən bütün quran nüsxələrinin İran çapı olduğu və İran Mədəniyyət Məsləhətçiliyinində qatıldığı Zimbavenin Buluiva şəhərindəki kitab sərgisində bu şəhərin böyük məscidinə hədiyyə edildiyi bildirildi.

Eyni halda İran Mədəniyyət Məsləhətçiliyi tərəfindən İranın və İslamın tanınması mövzusuyla əlaqədar olaraq fərqli kitablar və bunun yanında bir neçə cild İmam Xumeyninin təlif etdiyi əsərləri Zimbavenin ümumi kitabxanalarının möhkəmlənməsi və təchizatı proqramı istiqamətində Buluiva şəhəri bələdiyyə kitabxanasına hədiyyə edildi.

İran İslam Respublikası nümayəndələri bu hərəkətin hədəfinin, Sələfi qrupların tərəfindən Əhli-Beyt məktəbi əleyhinə edilən inancsal və mədəni hücumların qarşısını almaq və zərərsizləşdirmək olduğunu açıqlamışdır.
977515

captcha