İQNA xəbər agentliyinin “Huffington Post” qəzetinə istinadən verdiyi məlumata əsasən, Facebook veb sehifəsində yaradılmış “Şaima Ələvədi üçün bir milyon hicab” adlı qrupa çoxlu amerikalı qeyri müsəlman qadın öz hicablı şəkillərini çəkərək göndərmişdilər.
Beş uşaq anası olan Şaima 21 mart-da Kaliforniyadakı evində ölmüş vəziyyətdə tapılmışdır. O döyülmüş və qan içində yerdə uzanan vəziyyətdə tapılmış və yanında “öz ölkənizə qayıdın terroristlər” deyə yazılan bir kağız tapılmışdır.
Son günlərdə ABŞ-da müxtəlif universitetlərdə “hicab və kapüşon” nümayişləri keçirilib. Kapüşon fevralın 26-da Floridada qətlə yetirilmiş qara dərili yeniyetmə Trayvon Martinə işarə edirdi. 978592