IQNA

Nyu-Cersidə Həzrət Zəhranın (s) şəhadəti münasibətilə əza məclisi düzənlənəcək

13:43 - April 19, 2012
Xəbər sayı: 2308061
Beynəlxalq qrup: İslam Peyğəmbərinin (s) əziz qızı Həzrət Zəhranın (s) şəhadəti və Fatimiyyə (s) əza günləri münasibətilə Amerikanın Nyu-Cersi vilayətində İmam Əli (ə) məscidində əza məclisi keçiriləcək.
İQNA xəbər agentliyinin “masjid-e-ali.org” saytına istinadən verdiyi xəbərə görə bu mərasim 4 gün ərzində aprel ayının 21-dən 25-kimi Şeyx Muhəmmədəli Hillinin moizəsi və rövzə oxuması ilə keşiriləcək.
Bu dörd gündə “Quranda Zulqərneynin dastanı”, “Allahın kitabı:Ən yaxşı hidayətçi”, “Şiə təfəkküründə rəca”, Həzrət Zəhranın (s) xütbəsinin şərhi və təhlili” mövzularında söhbət olunacaq.
988511
captcha