İQNA xəbər agentliyinin Livanda nəşr olunan “Əl-İntiqad” qəzetinə istinadən verdiyi məlumata əsasən, nümayişçilərin böyük əksəriyyətini Səudiyyə gəncləri təşkil edirdi. Onlar Nəzir Əlmacid və Zəkəriyya Al—Səfvan adındakı, iki şiə yazarın ‘Qələm Məhkumları' ünvanıyla azad buraxılmalarını istədilər.
Əl-Qədih şəhərinin sakinləri bu nümayişlərdə düşüncə məhkumlarını dəstəkləyəcəklərini və onların sərbəst buraxılmalarını tələb etdilər. Onlar bildirdilər ki, Ərəbistanda belə bir addımlara son verilməlidir.
Nümayişçilər eyni halda öz ifadələrində Şiə fəallarının qatillərinin mühakimə olunmalarını istədilər.
Nəzir Əlmacid və Zəkəriyya Al-Səvfan keçən il Ərəbistanın şərqində baş verən hərəkətləri dəstəkləyən yazıları səbəbiylə Al-Səud qüvvələri tərəfindən həbs olundular. 990205