IQNA

Braziliya şiələri Hz.Fatimənin (ə) şəhadətinin ildönümü münasibəti ilə əzadarlıq mərasimi keçirdi

18:36 - April 24, 2012
Xəbər sayı: 2311976
Siyasi-İctimai şöbə: Braziliyanın San Paulo şəhərində yaşayan şiələr Hz.Fatimənin şəhadətinin ildönümü münasibəti ilə bu şəhərin Muhəmməd Rəsulullah (s) məscidində əzadarlıq mərasimi keçirdilər.
İQNA xəbər agentliyinin məlumatına əsasən, Dünən bu məsciddə məğrib və işa namazlarından sonra Peyğəmbərin (s) əziz qızının məzlumcasına şəhadətinə həsr olunmuş əzadarlıq mərasimi keçirildi.
Mərasimdə ilk olaraq Qurani-Kərimdən ayələr tilavət olundu. Daha sonra isə məscidin imam camaatı Şeyx Həsən Burci xanımın əxlaqi fəzilətləri, məzlumcasına şəhadəti, həyat tərzi və onun şəhadətindən alınacaq dərslər barədə çıxış etdi.
Xatırladaq ki, San Paulo şəhərində yaşayan şiələrin əksəryəti Livanlılar olduğu üçün mərasim ərəb dilində keçirildi.
993217
captcha