IQNA

Londonda İslami geyimlər festivalı keçirildi

19:03 - April 28, 2012
Xəbər sayı: 2313683
Beynəlxalq qrup: Londonun "Təbiət tarixi" muzeyində Malaziyalı müsəlmanların modelyerliyi ilə ən yeni dəbləri sərgiləyən İslami geyimlər festivalı keçirildi.
İQNA xəbər agentliyinin "Bernama" agetnliyinə istinadən verdiyi xəbərə görə bu festival iki ildir ki, ardıcıl olaraq Londonda keçirilir. Bu festival keçən il "İffətdə növlər" adı ilə keçirliımiş və hər iki ildə ən yeni İslami geyimlər sərgilənmişdir.
Rəsmə Mənsur – Malaziyanın baş nazirinin xanımı, bu festivalda dedi: Bu gün dünyada İslami geyimlər modelyerlərinin çoxaldığının və onların peşəkarlığının şahidiyik. Modelyerlərimiz yeni modellər yaratmaqla İslami geyimlərin təkcə müsəlmanlar üçün deyil, bəlkə bütün millətlər və dinlər üçün uyğun olduğunu sübut etmişlər.
994705
captcha