IQNA

BƏƏ-də Qurani-Kərimin Əlyazma nüsxələri mərkəzi açılacaq

12:38 - May 02, 2012
Xəbər sayı: 2316874
Beynəlxalq qrup: "Dubay Mükafatı" Beynəlxalq Quran yarışması komitəsi BƏƏ-də "Şeyx Məhəmməd bin Raşid" adına Qurani-Kərimin Əlyazma nüsxələri mərkəzi açılacağını xəbər verdi.
İQNA xəbər agentliyinin BƏƏ-nin rəsmi xəbər agentliyi "VAM"a istinadən verdiyi xəbərə görə "Dubay Mükafatı" Beynəlxalq Quran yarışması komitəsi mətbuat konfransında BƏƏ-də "Şeyx Məhəmməd bin Raşid" adına Qurani-Kərimin Əlyazma nüsxələri mərkəzi açılacağını xəbər verdi. Bu mərkəz gələn iki ay ərzində "Dubay Mükafatı" Beynəlxalq Quran yarışması komitəsinin yeni məkanında "Əl-Mümərriz" məntəqəsində rəsmi şəkildə açılacaq.
İbrahim Məhəmməd Bumelhə - "Dubay Mükafatı" Beynəlxalq Quran yarışması komitəsinin rəisi, dedi: Bu mərkəz Qurani-Kərimin, Quran elmləri ilə bağlı kitabların, Nəbəvi (s) hədislərin və digər dini kitabların əlyazma nüsxələrini toplamaqla məşğul olacaqdır. Bu nüsxələr yeni texnologiya əsasında təmir edilib qorunacaqdır.
O dedi: Şeyx Məhəmməd Raşid Ali-Məktum – Dubayın hakimi, öz əlyazma nüsxələrini bu mərkəzə hədiyyə etmişdir.
997548
captcha