İQNA xəbər agentlyinin verdiyi xəbərə görə Tehranın 25-ci Beynəlxalq Kitab sərgisinin haşiyəsində İran İslam İrşad və Mədəniyyət naziri Seyid Məhəmməd Hüseyninin, Müstəzəflərin Könüllülər təşkilatının rəisi Seyid Məhəmmədrza Nəqdi və İslami Mədəniyyət və Əlaqələr təşkilatının rəisi Məhəmmədbaqir Xürrəmşadın iştirakı ilə "İslam oyanışı" salonunun açılış mərasimi oldu.
İran İslam İrşad və Mədəniyyət naziri Seyid Məhəmməd Hüseyni bu salondakı müxtəlif sərgi otaqlarına baxış keçirərkən İQNA-nında sərgi otağına baş çəkdi. O, bu görüşdə İQNA-nın Yunan, Portağal, Yapon və Pəncab dillərinin açılış mərasiminə qoşuldu. Bu dillərin İQNA-da aşılışı ilə İQNA 40 dilə tərcümə olunaqcaq.
Qeyd edək ki, İQNA xəbər agentliyi bundan öncə Quran və dini xəbərləri İslami ölkələrdə, o cümlədən Asiyanın qərb və cənub-qərbi, Asiyanın şərq və cənub-şərqi, Mərkəzi Asiya, Balkanlar və Afriqada şöbələr açaraq 40-a yaxın dilə tərcümə edirdi.
998694