İran Quran Xəbər Agentliyi (İQNA), Qərb və Cənub Qərb Asiya bölgə şöbəsinin bildirdiyinə görə, Dr. Məhəmməd Arıçı Türkiyə Dini və İslami Araşdırmalar (İSAM) üzvü bu mövzuyla əlaqədar olaraq indi Elm Mərkəzinin qurulma zamanının gəldiyini, müxtəlif nəşrlərlə Peyğəmbər Əfəndimizin (s) şəxsiyyəti, dini və hədəflərini dünyaya təqdim edilməsinin lazım olduğunu söylədi.
Arıçı, Türk Universitetlərində bu mövzuya kifayət qədər əhəmiyyət verilmədiyini ifadə edərək bu gün ölkə universitetlərində bir çox alimin olduğunu lakin islam dini və Peyğəmbərimizin (s) böyük şəxsiyyəti haqqında tədqiq və araşdırma edərək açıqlayacaq bir təşkilat olmadığını; bununla birlikdə bu mövzuda O, həzrətin gənc nəsillərə və Qərbə tanıdılması üçün mütəxəssisləşmiş alimlərə ehtiyac olduğunu açıqladı.
Arıçı, bu gün Türkiyədə 200-dən çox universitet olduğunu Peyğəmbər Əfəndimizi (s) gənclərə və digər dünya ölkələrinə daha çox tanıtmaq üçün təbii ki, bu mərkəzdə tutarlı elmi üsulların istifadə edildiyini amma kafi məlumata sahib olmadan akademik araşdırma edəcək fərdlərin və dərnəklərin bu əhəmiyyətli əmrə çatmalarının mümkün olmayacağını söylədi.
Arıçı son söz olaraq Hz Məhəmmədin (s) 1400 il əvvəl müqəddəs İslam dinini dünya xalqına tanıtdığını bu anda dünyanın təxminən üçdə birinin ona inandığını və din alimlərinin məscidlərdə O, həzrətin şəxsiyyətini və həyatını açıqlayarkən universitetlərdə də çox ciddi olaraq izləmələrinin əhəmiyyətini ifadə etdi.
1001372