IQNA

İQNA-da Qurani-Kərim baxımından İqtisadi sistem toplantısı keçirildi.

10:30 - May 08, 2012
Xəbər sayı: 2321017
İqtisadi qrup: Qurani-Kərim baxımından İqtisadi sistem toplantılarının 2-ci dövrəsi bu gün (7 may) Höccətul-İslam Seyid Hüseyn Mirmuizzinin iştirakı ilə İQNA-da keçirildi.
İQNA xəbər agentliyinin verdiyi xəbərə görə Qurani-Kərim baxımından İqtisadi sistemin silsilə toplantıları Höccətul-İslam Seyid Hüseyn Mirmuizzinin – (İslami Meyarlar Ali Şurasının üzvi), iştirakı ilə həftənin birinci günləri hər iki həftədə bir dəfə Quran üzrə fəaliyyətlər təşkilatının konfrans zalında keçirilir.
Bu toplantının ikinci iclası bu gün (7 may) günortadan sonra keçirildi və Höccətul-İslam Seyid Hüseyn Mirmuizzinin – (İslami Meyarlar Ali Şurasının üzvi, tədqiqatçı, hövzə və universitet ustadı, İslam İqtisadi mövzusunda müxtəlif kitab və məqalələr müəllifi), İslam İqtisadını 4 əsas yöndə - Allah tanıma, İnsan tanıma, Dünya tanıma və Cəmiyyət tanıma, açıqlama verdi.
O, bu iclasda İslami İqtisadın hədəfi, əsasları və hissələri haqqında arayış verdi. Bəyənilmiş ölçüləri üç hövzədə - istehsal, paylama, istifadə - Quran əsasında izah etdi.
Höccətul-İslam Seyid Hüseyn Mirmuizzinin – (İslami Meyarlar Ali Şurasının üzvi, tədqiqatçı, hövzə və universitet ustadı, İslam İqtisadi mövzusunda müxtəlif kitab və məqalələr müəllifi) – İslam İqtisad sistemi barədə aşağıdakı əsərlərin müəllifidir: "Böyük İqtisad İslami baxışla", "Beyul-xiyar və onun İqtisadi işləmi", "İslam İqtisadının qurluşu", "İslam və İqtisadi təfəkkürlər" və "İslami İqtisad elminin fəlsəfəsi".
1000235
captcha