IQNA

Dünya Müsəlmanları Nümayəndələri birliyi Fələstinli əsirlərin azadlığa buraxılmalarını tələb etdilər

20:27 - May 13, 2012
Xəbər sayı: 2324945
BEYNƏLXALQ QRUP: İFİP - Dünya Müsəlmanları Nümayəndələri birliyi özlərinin Küveytdə keçirilən 4 günlük illik iclaslarında Fələstinli əsirlərin Sionist zindanlarından azadlığa buraxılmalarını tələb etdilər.

İQNA-nın (İRAN QURAN XƏBƏR AGENTLİYİ) "PALASTİNE İNFO" saytına istinadən verdiyi xəbərə görə bi iclasda İFİP - Dünya Müsəlmanları Nümayəndələri birliyi BMT-dən və Dünya İctimaiyyətindən istədi ki, Sionist zindanlarında aclıq aksiyası keçirən Fələstinli əsirlərin Sionist zindanlarından azadlığa buraxılmaları barədə təcili işə başlasınlar.
İFİP - Dünya Müsəlmanları Nümayəndələri birliyi bu illik iclaslarında Fələstinli əsirlər və onların aclıq aksiyaları və sionistlər tərəfindən Qüdsün yəhudiləşdirilməsi layihəsi barədə müzakirələr etdilər.
Onlar qərara aldılar ki, Sionist rejimini rəsmi tanımamaq üçün Qüds azad olunana qədər bu müqəddəs məkana gedilməsin.
Onlar həmçinin fələstinli əsirlərdən, o cümlədən Əziz Əd-Dukin – Fələstin parlament sədri, tez bir zamanda azad olunmasını tələb etdilər.
1006841
captcha