BEYNƏLXALQ QRUP: İslami Tərbiyə, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) NƏCƏF şəhərinin 2012-ci ildə İslam dünyasının mədəni paytaxtı olması layihəsinin İraq dövlətinin istəyinə əsasən gecikəcəyini elan etdi.
İQNA-nın (İRAN QURAN XƏBƏR AGENTLİYİ) İSESCO xəbər agentliyinə istinadən verdiyi xəbərə görə İSESCO bu təşkilatın xüsusi saytında Nəcəf layihəsinin gecikəcəyinə aid xəbər verərək yazmışdır: NƏCƏF şəhərinin 2012-ci ildə İslam dünyasının mədəni paytaxtı olması layihəsi İraq dövlətinin rəsmi istəyinə əsasən gecikəcək.
İSESCO İraq dövlətinin bu istəyinin nədəni haqqında xırda detallara işarə etməmişdir.
İraq KİV-lərinin verdiyi xəbərə görə İraq Nazirlər Şurası bu layihənin 2020-ci ilə qədər gecikdirilməsini istəmişdir. Bu barədə İSESCO-ya rəsmi ərizə göndərmişdir.
Qeyd edək ki, Nəcəf layihəsinin xüsusi büdcəsindən 2013-cü ildə keçiriləcək "Bağdad Ərəb dünyasının mədəni paytaxtdı" konfransı üçün 40 milyard dinar vəsait ayrılmışdır.
1011450