İQNA-nın (İRAN QURAN XƏBƏR AGENTLİYİ) ƏL-MƏNAR TV-nin saytına istinadən verdiyi xəbərə əsasən Höccətul-İslam vəl-müslimin Məhəmməd Məhəmmədi – Vəliyyi Fəqihin (Ali Dini Lider Ayətullah Xaməneinin) nümayəndəsi və Vəqf və Xeyriyyə işlər təşkilatının rəisi, Livana səfər etmiş və bu səfərdə Livanın Hizbullah Təşkilatının baş katibi Seyid Həsən Nəsrullahla görüşüb müsahibə etmişdir.
Bu görüşdə İİR-in Livandakı səfiri Qəzənfər Rüknabadi də iştirak edirdi. Görüşdə iki tərəf üçün əhəmiyyət kəsb edən məsələlər müzakirə edildi.
Bundan öncə də Höccətul-İslam vəl-müslimin Məhəmməd Məhəmmədi – Vəliyyi Fəqihin (Ali Dini Lider Ayətullah Xaməneinin) nümayəndəsi və Vəqf və Xeyriyyə işlər təşkilatının rəisi, Şeyx Əbduləmir Qəblan – Livan Şiə Şurasının vitse rəisi və Şeyx Məhəmməd Rəşid Qəbani – Livanın müftisi, ilə görüş keçirmiş və Qərbin və Sionistlərin region millətləri əleyhinə olan hiylələrinə qarşı ayıq-sayıq olmağı və Livanın müxtəlif tayfa və məzhəbləri arasında vəhdət yaratmağın zərurətini vurğulamışdı.
1011883