IQNA

Livanın Hizbullah təşkilatının baş katibinin müavini Livanın Şimalında asayiş və sakitçiliyin qorunmasına təkid etdi

23:24 - May 25, 2012
Xəbər sayı: 2333691
Beynəlxalq qrup: Şeyx Nəim Qasim - Livanın Hizbullah təşkilatının baş katibinin müavini, Şeyx Rəşid Qurbani – Livanın müftisi, ilə telefon danışığında Livanın iki Əhli-Sünnət aliminin şəhadətini baş sağlığı verərək Livanın Şimalında təhlükəsizlik, asayiş və sakitçiliyin qorunmasına təkid etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Əl-Mənar" saytına istinadən verdiyi xəbərə görə Şeyx Nəim Qasim - Livanın Hizbullah təşkilatının baş katibinin müavini, bu telefon bağlantısında iki Əhli-Sünnət aliminin – Şeyx Əhməd Əbdülvahid və Şeyx Məhəmməd Hüseyn Murib, yol yoxlama məntəqəsində şəhadətini baş sağlığı verərək bu barədə dəqiq araşdırma aparılmasını istədi.
O həmçinin ölkədə asayiş və təhlükəsizliyin qorunması üçün indiki zamanda ölkə ordusu ilə həmkarlıq etməyin zəruriliyini də vurğuladı.
Hizbullah təşkilatının baş katibinin müavini bu məsələyə Müin Bəşur ilə görüşündə də işarə etmişdi.
1014854
captcha