IQNA

İran İslam Respublikası Gürcüstan Respublikasının Beynəlxalq Kitab sərgisində iştirak edir

19:04 - May 26, 2012
Xəbər sayı: 2334492
Mədəniyyət və İncəsənət qrupu: Gürcüstan Respublikasının 14-cü Beynəlxalq Kitab sərgisi İİR-in bu ölkədəki Mədəniyyət Əlaqələri nümayəndəliyinin və 70-dən çox beynəlxalq daxili və xarici mötəbər nəşriyyatın iştirakı ilə Gürcüstanın daimi sərgilər yerində öz işinə başladı.
İQNA-nın İslam Mədəniyyəti və Əlaqələr şöbəsinin verdiyi xəbərə görə bu sərginin açılış mərasimində İranın Gürcüstandakı Səfiri və Mədəniyyət Əlaqələri nümayəndəsi, Tiflis şəhər Şurasının rəisi və Mədəniyyət işçiləri iştirak edirdilər.
Sərginin ilk günü İİR-in bu ölkədəki Mədəniyyət Əlaqələri nümayəndəliyinin sərgi otağına baxış keçirildi.
Bu sərgi otağında İİR-in elmi və sənaye inkişaflarını özündə əks etdirən nəşriyyatlar, Ədəbiyyat, şer və incəsənət sahəsində İngilis, Fars, Rus və Gürcü dillərində seçilmiş əsərlər sərgilənmişdi. Bu əsərlərin bir qismi İİR-in bu ölkədəki Mədəniyyət Əlaqələri nümayəndəliyinin himayəsi altında çap və nəşr olunmuşdur.
Gürcüstan Mədəniyyət Nazirliyi və Nəşrçilər və Kitabsatanlar birliyi tərəfindən düzənlənmiş bu beynəlxalq kitab sərgisi 4 gündən sonra öz işini başa vuracaqdır.
1016764
captcha