Beynəlxalq qrup: Səid Cəlili – İİR-in milli təhlükəsizlik Ali Şurasının katibi, dünən (25 may 2012) Böyük Təqlid Mərcəsi Ayətullah Seyid Əli Sistani (Allah onu qorusun) – Şiələrin Nəcəf-Əşrəf şəhərində yaşayan Böyük Təqlid Mərcəsi, ilə görüşüb İslam dünyasında son baş verən hadisələr və yeniliklər barəsində müzakirələr apardı.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Əsvat-əl-İraq" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Səid Cəlili – İİR-in milli təhlükəsizlik Ali Şurasının katibi, dünən (25 may 2012) Bağdaddakı danışıqlarını başa vurduqdan sonra Kərbəlanı ziyarət etmiş və sonra Nəcəf şəhərinə gedib İmam Əlini (ə) ziyarət edtikdən sonra Böyük Təqlid Mərcəsi Ayətullah Seyid Əli Sistani (Allah onu qorusun) – Şiələrin Nəcəf-Əşrəf şəhərində yaşayan Böyük Təqlid Mərcəsi, ilə görüşüb İslam dünyasında son baş verən hadisələr və yeniliklər barəsində müzakirələr apardı.
Səid Cəlili – İİR-in milli təhlükəsizlik Ali Şurasının katibi, Nəcəfdə Ayətullah Seyid Səid Həkim, Ayətullah Şeyx Məhəmməd İshaq Fəyyaz və Ayətullah Bəşir Nəcəfi və Ayətullah Sistaninin oğlu Hacı Seyid Məhəmmədrza Sistani ilə də görüşmüş və İslam dünyasında son baş verən hadisələr və yeniliklər, Regionda ümumi vəziyyət haqqında danışıqlar aparmışdır.
Cəlili bu görüşdə regionun və İran və İraq münasibətləri haqqında təqlid mərcələrinə ümumi məlumat vermiş və müxtəlif mövzularda müzakirələr etmişdir.
1016422