İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiyanın Qərb və Cənub-Qərb regionu üzrə nümayəndəsinin verdiyi xəbərə görə Banu Münəvvər - Pakistan “İslam Camaatı” təşkilatının üzvi, bu təlim iş otağında ki, yüzlərlə Lahurlu müsəlman qadının iştirakı ilə təşkil olunmuşdu, İslamın dəyərləri və ictimai faydaları mövzusunda dedi: “Bütün müsəlman xalqların xoşbəxtlik və səadəti İslam təlimlərində və bu təlimlərə diqqət göstərmək və əməl etməkdədir. Əgər müsəlmanlar bütün islami cəmiyyətlərin problemlərinin həllini istəyirlərsə gərək İslami dəyərlərin yayılması və ictimaiyyətdə onun həyata keçirilməsi üçün zəmin yaratsınlar”.
O sonda dedi: Siyasət adamları dindən itaət etməli, dinin dedikləri ilə hərəkət etməli və İslam mədəniyyətinin yayılması üçün iş görməlidirlər. Həmçinin KİV-lər də İslam mədəniyyətinin camaat arasında yayılması üçün əsaslı və münasib fəaliyyətlər göstərməlidirlər”.
1019906