İQNA-nın Avropa regionu şöbəsinin verdiyi məlumata əsasən bu toplantı Orta Şəra Ölkələri Araşdırmalar Mərkəzi və Rusiyanın Elmlər Akademiyasının Şərqşünaslıq müəssisəsinin təşəbbüs və səyi ilə keçiriləcəkdir. Toplantının hədəfi İran, Türkiyə, Əfqanıstan, Pakistan və başqa İslami ölkələrdə dövlət, rejimlər, sivil cəmiyyət, müasir milli və dini dəyərlərin təhlil və qiymətləndirilməsidir.
İslami ölkələrdə modern dövlət quruculuğunun xüsusiyyətləri, İslamin dövlət ideologiyasında ifa etdiyi rol, İslami siyasi qüvvələrin mövqeyi, İslam və Alimlər, Ruhaniyyət və siyasət, ordu və təhlükəsizlik qüvvələrinin rolu və s… mövzular bu toplantıda müzakirə obyekti olacaqdır.
Qeyd edək ki, bu iclas noyabr ayının 22-də başlayacaq və iki gün öz işinə davam edəcəkdir.
1019633