IQNA

17:25 - June 09, 2012
Xəbər sayı: 2342915

Kanada vətəndaşları Bəhreyn xalqının qiyamını himayət etmək üçün toplandılar

Beynəlxalq qrup: Kanadanın Monteral şəhərinin bir qrup vətəndaşı Bəhreyn xalqının qiyamını himayət etmək üçün dünən iyun ayının 8-də günortadan sonar bu şəhərin əsas meydanında toplandılar.

İQNA-nın “CANOE” xəbər saytına istinadən verdiyi xəbərə görə “Bəreynlə həmrəylik” adı altında keçirilən bu toplantıda iştirak edənlər əllərində Bəreyn xalqının Bəhreyn rejimi tərəfindən əzilməyini məhkum edən plakartlar tutmuşdular.
Bu etiraz toplantısı yerli vaxtla saat 18:00-də Monteral şəhərinin Durçestr meydanından başladı və iştirakçılar polisin xəbərdarlığına qulaq asmadan şəhərin küçələrində yürüş keçirdilər.
Toplantı qarşıdurmasız sona çatdı.
1025779


captcha