İQNA-nın Səhiyyə Nazirliyinin Tibbi Təlim və Dərman ümumi əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə Mürtəza Fazil Nişapuri - Nişapur Tibb universitetinin Ruhi-İctimai Sağlamlıq və Narkotik maddələrə qurşanma qrupunun rəisi, deyib: Şübhəsiz ki, Allaha iman stressin ən təsirli dərmanıdır. Dini mətnlərdə olan özünüanlayış, həmrəylik, məzhəbi etiqad və etiqad əsasında əməl həmişə insanlara sakit və dinc həyatı hədiyyə etmişdir.
1984-cü ildə də Beynəlxalq Sağlamlıq Təşkilatı İctimaiyyətin psixi durumunda Mənəvi faktrların təsirini önəmli vurğulamışdı.
200-dən çox Psixoloji araşdırma etiqad və sağlamlıq arasında əsaslı bir əlaqə olduğunu sübuta yetirmişdir.
İnsan mənəviyyatsız özünü tək hesab edir. Müasir insan anlamışdır ki, etiqad və imandan uzaqlaşmaq onu puçluğa aparır. Diqqət ertsək görərik ki, bu gün bir çox ailə problemləri ruhi sarsıntı və iman və etiqaddan uzaqlaşmaqdan əmələ gəlmişdir. Buna görə də psixologlar xəstələrini müalicə edərkən xəstələrinin məzhəbi inamlarda mərkəziyyət tapmasına önəm verirlər.
Araşdırmalar göstərir ki, dua qəlbin döyüntülərini və tənəffüsü normallaşdırır və qan təzyiqini azaldır və bədənin enerji yandırması normallaşır.
Tədqiqatlar göstərir ki, məzhəbi mərasimlərdə iştirak edən insanlarda beyin səktəsi və infarktı bu mərasimlərdə iştirak etməyənlərdən iki dəfə azdır.
1025916