İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Vəqfiyyat və Xeyriyyə işləri idarəsinin 29-cu Beynəlxalq Quran yarışlarının 14 nəfərlik hakim heyətinin 9 nəfər xarici və 5 nəfəri İİR-in ən yaxşı Quran Qiraətçiləri və Quran Hafizlərindən seçilib. Bu hakimlər iki təxəssüs üzrə - Təhqiq (ərəb klassik musiqi müğamları) ilə qiraət və Quranın kamil hifzi, bir rəis və bir nəzarətçinin başçılığı altında hakimlik edəcəklər. Bundan əlavə hafizlər üçün “hadi” (yol göstərən – hidayətçi – yönəldici) də nəzərdə tutulmuşdur.
Qulamrza Şahmeyvə - Ləhn, Seydi Cavad Sadat Fatimi – Vəqf və İbtida, MəhəmmədHüseyn Səidyan – sout (səs), Abbas İmamcümə - təcvid, Həmidrza Dirayəti – Hifz gözəlliyi üzrə bu yarışda hakimlik edəcəklər.
Əbdürrəsul Əbayi – Hakimlər heyətinin rəisi, Şəhriyar Pərhizkar – Hafis hadisi, Əliəkbər Hişməti – Nəzarətçi vəzifələrində bu beynəlxalq yarışda iştirak edəcəklər.
Xarici hakimlər Misr, Malaziya, Əlcəzayir, İndoneziya, Suriya, İraq, Türkiyə və Livandan dəvət olunmuşlar ki, adları tezliklə açıqlanacaqdır.
Qeyd edək ki, İİR-in 29-cu Beynəlxalq Quran yarışları cari ilin iyun ayının 16-dan 22-dək 65 ölkənin iştirakı ilə Tehranın Milad qülləsində keçiriləcəkdir.