IQNA

Vəqfiyyat və Xeyriyyə işləri Təşkilatında “Quran və İtrət” mərkəzi təsis edildi

23:29 - June 13, 2012
Xəbər sayı: 2346369
Quran fəaliyyətləri qrupu: Vəqfiyyat və Xeyriyyə işləri Təşkilatında yeni təsis edilən “Quran və İtrət” mərkəzi bu təşkilatın ölkədaxili və beynəlxalq Quran yarışlarının bütün mərhələlərini idarə edəcək. Bu təşkilatın Mədəni müavinliyi həmişəki kimi müqəddəs məkanların və ziyarətgahların Quran üzrə fəaliyyətlərini nəzarətdə saxlayacaq.
Təqi Rzayar - Vəqfiyyat və Xeyriyyə işləri Təşkilatı rəisinin canişini, İQNA ilə müsahibəsində Vəqfiyyat və Xeyriyyə işləri Təşkilatında yeni təsis edilən “Quran və İtrət” mərkəzinin açılışını elan edərək deyib: Bundan öncə bu təşkilatın Quran təlimləri və yarışları idarəsi Mədəni işlər idarəsinə tabe idi. Amma bundan sonra bu təşkilatda müstəqil Quran mərkəzi fəaliyyət göstərəcək. Yeni Quran mərkəzi də başqa Quran mərkəzləri kimi Quran Mədəniyyəti Qloballaşdırması Şurasının nəzarəti altında olacaq.
Bu mərkəz tərəfindən gələn 5 il ərzində 5 milyon hafiz və qari hazırlanması nəzərdə tutulmuşdur. Bundan əlavə Quran mürəbbisi və Nəzarətçisi kadrları da hazırlanacaqdır.
1029004
captcha