İQNA-nın (İran Quran Xəbər Agentliyi):
Görüş dünən (25 iyun) saat 10:30 – da Qurani-Kərimin Misirli və İranlı qarilər tərəfindən tilavəti ilə başlandı və Ali Dini Liderin nümayəndəsi və Vəqfiyyat və Xeyriyyə işlər təşkilatın məsulunun görülən işlər barədə məruzə etməsi ilə davam etdi.
Görüşdə açılış üçün Hüseyn Mötəmidi (29-cu Beynəlxalq Quran yarışlarının hifz üzrə birinci yer qalibi), Şeyx Əli Məhmud Şəmis (Misirli qari), Həmid Şakir Nəjad (İİR-in beynəlxalq dərəcəli qarisi) Quran tilavət etdilər və Müysəm Təmmar (İraqlı qari və 29-cu Beynəlxalq Quran yarışlarının hakimi) “İbtihal” – (Quran münacatı) oxudu.
Seyid Vəhid Mürtəzəvinin aparıcılığı ilə keçiriləm bu görüşdə Əhməd Əhməd Nüəynə də (Misirli Qari və Hakim) Quran tilavət etmişdir. Sonra isə Ali Dini Liderin nümayəndəsi və Vəqfiyyat və Xeyriyyə işlər təşkilatın məsulu Höccətul-İslam Əli Məhəmmədi 29-cu Beynəlxalq Quran yarışlarında görülən işlər barədə məruzə etdi və bu təşkilatın Quran fəaliyyətləri və gələcək də görüləcək işlər haqqında danışdı.
O, bu müsabiqələrdə 68 ölkədən 47 hafiz və 65 nəfər qarinin iştirak etdiyini bildirdi.
Onun dediyinə görə bu yarışların gedişatına nazirliklər, Quran qrumları və yerli müəssisələr və cammar kömək etmişlər. Habelə yarışların gedişatında ən çox iştirak edənlər cavanlar olmuşdur.
O dedi: Vəqfiyyat və Xeyriyyə işlər təşkilatı öz gələcək planlarında 15 milyona qədər hafiz və qarinin hazırlanmasını nəzərdə tutmuşdur. Həmçinin gələn bir il ərzində 1 milyon qari və bir milyon hafizin hazırlanması planda vardır.
Onun dediyinə görə keçən il ərzində 1624 dəfər Quran yarışları keçirilmiş və bunun ən çoxu Xorasan vilayətinin payına düşmüşdür. Rəzəvi Xorasnı üçün 84 min nəfər nəzərdə tutlmuşdu, amma 104 min ad yazdırmışdılar. 1391-ci ildə bu vilayətin səhmi 3 dəfə artırılacaqdır.
Ali Dini Liderin nümayəndəsi və Vəqfiyyat və Xeyriyyə işlər təşkilatın məsulu Höccətul-İslam Əli Məhəmmədinin məruzəsindən sonra İnqilab Rəhbəri Ali Dini Lider Ayətullah Xaməneinin çıxışı başladı.
Qeyd edək ki, bu görüş Məşhəd şəhərində İmam Rzanın (ə) ziyarətgahı nəzdində həyata keçirilmişdir. Ali Dini Liderin bəyanatının geniş reportajı sonrakı xəbərlərdə verdiləcəkdir.
1036824