IQNA

İraqın Beynəlxalq “Nüsrətul-Quran” yarışları bu gün (27 iyun) başlayır

6:27 - June 27, 2012
Xəbər sayı: 2355339
Beynəlxalq qrup: İraqın Beynəlxalq “Nüsrətul-Quran” yarışlarının 2-ci turunun keçirilməsinin icraçı məsulu dünən (26 iyun) bu müsabiqələrin bu gün (27 iyun) Bağdadda başlayacağını bildirib.
Şeyx Mazin Əs-Saidi – İraqın “Şəhid Sədr-2” müəssisəsinin Quran birliyinin rəisi və İraqın Beynəlxalq “Nüsrətul-Quran” yarışlarının 2-ci turunun keçirilməsinin icraçı məsulu, İQNA ilə (İran Quran Xəbər Agentliyi) müsahibəsində bu xəbəri elan edərək dedi: Bu müsabiqələr 26 İslami və Ərəbi ölkənin iştirakı ilə keçiriləcəkdir. Hal-hazırda yarış iştirakçılarının qarşılanma mərasimi keçirilir.
Şeyx Mazin Əs-Saidi – İraqın “Şəhid Sədr-2” müəssisəsinin Quran birliyinin rəisi və İraqın Beynəlxalq “Nüsrətul-Quran” yarışlarının 2-ci turunun keçirilməsinin icraçı məsulu, müsahibənin davamında dedi: Bu turda iştirak edənlərin keçən illərə nisbət də sayının çoxalması İraq da təhlükəsizliyin yaxşılaşması kimi qiymətləndirilir.
Şeyx Mazin Əs-Saidi sonda dedi: İraqın Beynəlxalq “Nüsrətul-Quran” yarışlarının birinci turu keçən il mübarək Şəban ayında 16 İslami ölkənin iştirakı ilə keçirilmişdi. Və Quran sevərlərin səyi nəticəsində müvəffəqiyyətlə keçirildi və böyük təcrübə kəsb etdi.
1038371
captcha