İQNA-nın (İran Quran Xəbər Agentliyi) Qum şöbəsinin verdiyi xəbərə görə Ayətullah Cəfər Sübhani bu gün (29 iyun) Qumun Mərkəzi Kitabxanası və Mədəniyyət və İncəsənət mərkəzinin açılış mərasimində Allah-Taalanın Qurani-Kərimdə Qələmə and içdiyini vurğulayaraq dedi: “İslam mədəniyyəti oxumaq, yaazmaq əsasında, yəni həqiqətdə elm və bilik üzərində formalaşmışdır”.
O dedi: Hər ölkənin çap və nəşr sənətin inkişafı o ölkənin mədəni və elmi dəyrə meyarıdır… İİR-da bu yöndə mühüm addımlar atmış və çoxlu sayda kitabxanalar tikilmiş və kitablar nəşr olunmuşdur.
Bu gün İslam düşmənləri çox yaxşı başa düşürlər ki, müsəlmanlar imanı və onların inqilabi və siyasi səhnələrdə fəal iştriakı İslam üçün ən yaxşı dayaqdır. Buna görə də düşmənlər müsəlmanların dini əqidəsini hər hansı yolla olursa süstləşdirmək istəyirlər. Bu yollardan biri də mədəni hücum, batil və mənasız kitabların cavanlar arasında yayılmasıdır.
O sonda Qum vilayətinin Vilayət Hakimi Höccətul-İslam Musa Pura Qum şəhərinin çiçəklənməsi və inkişafı istiqamətində gördüyü işlərə görə təşəkkür edərk dedi: Mən 65 ildir ki, Qumda yaşayıram və heç kəs Musa Pur kimi Qumun inkişafı üçün çalışmamışdır.
1040635