İQNA-nın (İran Quran Xəbər Agentliyi) “Ajib” saytına istinadən verdiyi xəbərə görə İrlandiyada yerləşən bu şura bəyaniyyə yayaraq bildirib ki, astronomik hesablamalara əsasən iyul ayının 20-ci gününü Avropa ölkələrində Ramazan ayının ilk günüdür.
Bu şura bildirmişdir ki, İslam alimlərinin fikirincə Qəməri ayların əvvəl və sonunu astronomik hesablamlarla təyin etməyin eybi yoxdur. Və onlar Ramazan ayı üçün də hilalın təyinində bu qanuna əsasən istifadə ediblər.
Şura bunu da qeyd edib ki, Ramazan ayının hilalını görmək hər bir müsəlmanın vəzifəsidir. Və nücumi hesablamalar onların səyinə mane olmamalıdır.
Belçika İslami birliyi də Ramazan ayının ilk gününün iyul ayının 20-cü günü ilə üst-üstə düşdüyünü elan edib.
1052459