IQNA

Tunisdə İslami müqəddəs şeyləri təhqir edənlər üçün xüsusi cəza qanunu təsdiq edildi

15:07 - July 23, 2012
Xəbər sayı: 2375669
Beynəlxalq qrup: Tunisin "Ən-nəhzə" İslamtəmayüllü partiyası özünün 9-cu konqresinin axırıncı bəyaniyyəsində yeni qanun maddəsi qəbul etdi ki, buna əsasən İslami müqəddəslərə hər növ təhqir və sionist rejimi ilə əlaqələrin adiləşdirilməsi üçün atılan hər bir addım cinayət sayılır.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Kapitalis" saytına istinadən verdiyi xəbərə görə 17 iyul tarixində sadir olunan və Əbdüllətif Məkki – Tunisin səhiyyə naziri, tərəfindən qirət edilən bu bəyaniyyədə İslami müqəddəslərə hər növ təhqir və sionist rejimi ilə əlaqələrin adiləşdirilməsi üçün atılan hər bir addım cinayət sayılır. Və bu cür cinayəkarların cəzalandırılması zəruridir.
Bəyaniyyəy əsasən İslami dəyərlərə söykənərək mədəniyyətli bir ölkə yaratmaq lazımdır.
Fələstin məsələsi İslam ümmətinin əsas məsələsi olaraq qalacaq və sionist rejimi ilə əlaqələrin adiləşdirilməsi üçün atılan hər bir addım cinayət sayılır.
Tunisli müsəlmanlar və müxtəlif qrup və qrumlar bir-biri ilə sülhamiz yaşamalıdırlar.
Qeyd edək ki, Tunisin Ən-nehzə partiyası 20 ildən sonra ilk dəfə idi ki, öz siyasi-ictimai yolunu təyin etmək üçün konqres keçirirdi. İndi Tunis dövləti bu partiyanın əlindədir. Bu partiyanın fəaliyyətinə Həbib Burqibə və Bin Əli zamanında qadağa qoyulmuşdu.
Bu partiya 1972-ci ildə İslami meyilli hərəkər, 1981-ci ildə Ən-Nəhzə adı ilə fəaliyyət etmişdir.
Bu partiyanın 5 konqresi 1979, 1981, 1984, 1986, 1989-cu illərdə gizli və 1995, 2001 və 2007-ci illərdə aşkara, amma Tunisdən xaricdə keçirilmişdir.
1056474

captcha