IQNA

Oruc tutanların yeməklərində olar və olmazlar / Yüngül və enerjili yeməklərlə iftar edin

17:14 - July 25, 2012
Xəbər sayı: 2377545
Sağlamlıq qrupu: Mübarək Ramazan ayında necə qidalanmaq çoxlarının sualıdır. Bu mübarək ayda necə qidalanmaq haqqında hədis kitablarında çox qiymətli və dəyərli rəvayətlər vardır ki, müasir dövrdə bu hədislərin çoxunun elmi əsasları sübuta yetirilmişdir.
Mübarək Ramazan ayında həmişə oructutanları düşündürən bir sual var: Nə yiyək və necə yeyək?
Çox zaman çoxları bu sulaı səhv cavablandıraraq bəzi yeməlilərin istidadəsində ifrat və təfritlərə yol verirlər. Bu da orucluğun əsas hədəfinin - ki, aclıq və susuzluq çəkmək və səbrli olmağı öyrətməkdir, əksinə olmaqdan əlavə, bəzilərinin artıq çəki götürməyinə də səbəb olur.
Düzgün yemək rejimi saxlamaq üçün oructutanlar emalatxana mühitində hazırlanmış (kimyəvi saxlayıcı maddələr istifadə edilmiş) yeməklərdən qorunmalıdırlar. Məsələn oructutanlar karbohidratlı yeyintilərdən, şəkər, ağ un, yağlı yeməklər, tortlar, kremli biskivitər, şokolat, paxlava, halva, qızardılmış ət və kəllə-paça kimi qidalardan qorunmalıdırlar.
Oructutanlar kafeinli içməlilərdən – rəngli çay, qəhvə, kola və s..., qorunmalıdır. Çünki kafein sidik ifrazını çoxaldır və oructutan bədənin suyunu əldən verdiyi üçün susuzluğa düçar olur.
Oruttutanlar az yağlı və maye bitki yağlarında bişmiş yeməklərdən, istifadə etməli və suda bişmiş kartof və göyərtilərə üstünlük verməlidir. Bunların kənarında qatıq olması da faydalıdır.
Şirinilərdən istifadə etmək istəsəniz tərkibində süd, bal, üzüm şirəsi və bitki olan şirnilərdən istifadə edin.
Necə iftar edək?
İftar etmək orucluğun gözəlliklərindəndir ki, onda çoxlu bərəkət vardır. Peyğəmbərin (s) sünnətində azandan dərhal sonra iftar etməyə çox təkid edilibdir. İftar isti su və xurma ilə olarsa daha yaxşıdır. İftar üçün ən yaxşı yemək isti süd, çörək, pendir, göyərti, sup və ferni (və ya ferni kimi sıyıq yeməklər) ən yaxşı yeməklərdir.
İftar vaxtı düyü yeməkləri və qızardılmış yeməklərdən qorunun.
Ümumiyyətlə süd, xurma, qoyun əti, arpa çörəyi, zeytun və əncir dini mənbələrdə insan bədəni üçün faydalı yeməklər kimi tövsiyə olunmuşlar.
Hz. Peyğəmbər (s) buyurmuşdur: "İftar etmək istədiyiniz vaxt xurma yeyin, əgər xurma tapmasanız su ilə iftar edin ki, paklayıcıdır".
1061928
captcha