IQNA

17:19 - August 01, 2012
Xəbər sayı: 2383331

Sərleşkər (General-mayor) Firuzabadi Rəfəh keçid məntəqəsinin açılışını təbrik dedi

Siyasi qrup: Sərleşkər (General-mayor) Firuzabadi – Silahlı Qoşunlar Qərargahının rəisi, Rəfəh keçid məntəqəsinin açılışını Misir xalqına və prezidentinə təbrik deyərək dedi: "Biz Misirin Ali Nizami Şurasına tövsiyə edirik ki, bu ölkədə artıq demokratiyanın yarandığını qəbul etsinlər".

İQNA-nın (İran Quran Xəbər Agentliyi) Sipahnyuza istinadən verdiyi xəbərə görə Sərleşkər (General-mayor) Seyid Həsən Firuzabadi – Silahlı Qoşunlar Qərargahının rəisi, Rəfəh keçid məntəqəsinin açılışını Misir xalqına və Misirin prezidenti Məhəmməd Mursiyə təbrik deyərək dedi: "Qəzzənin Misir tərəfindən mühasirəsinin sındırılması müsəlmanların arzusudur. Bu açılış naqis də olsa məzlum Fələstin xalqı üçün bir ümid yeridir. Bu addım Misirin İslam İnqilabının dünya azadələrinə hədiyyə etdiyi ilk güldür. Biz Misirin Ali Nizami Şurasına tövsiyə edirik ki, bu ölkədə artıq demokratiyanın yarandığını qəbul etsinlər. Misirin rəşadətli ordusunu –ki, vəzifəsi İslami Misir torpağını düşmənlərin və Qüdsü işğal edənlərin qarşısında qorumaqdır, daxili çəkişmələrdə zəiflətməsinlər. İcazə verin Misirin ordusu öz gözəl adını qorusun. Qoyun Misir xalqı öz inqilablarının ləzzətini dadsınlar. Düşmənlərinin önündə daha da müqavimətli dayansınlar".
1068107
captcha