İctimai qrup: Ayətullah Şahruxi - Ali Dini Lider Ayətullah Seyid Əli Xaməneinin Asiyanın Cənub-Şərqində nümayəndəsi və Rəhbərlik Xübrələr məclisinin nümayəndəsi, Taylandın Cümə İmamları, Tələbələri və Şiə camaatı ilə görüş keçirdi. Görüş üçün toplantı Taylandın paytaxtı Bankukda təşkil olunmuşdu.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiyanın Cənub-Şərq şöbəsinin verdiyi xəbərə görə bu toplantı Qurani-Kərimin tilavəti ilə başladı. Ardınca Ayətullah Şahruxi - Ali Dini Lider Ayətullah Seyid Əli Xaməneinin Asiyanın Cənub-Şərqində nümayəndəsi və Rəhbərlik Xübrələr məclisinin nümayəndəsi, İslami cəmiyyətlərin ittihadı, dünyada müsəlmanları arasında vəhdətin qorunması, İslam və Quran təlimləri və Ramazan ayının fəzilətləri barədə söhbət etdi.
Toplantıda Taylandlı tələbələrdən biri Seyid Mübarək bu ölkədəki şiələrin və tələbələrin ümumi vəziyyəti barədə məruzə etdi.
Sonda Ayətullah Şahruxi - Ali Dini Lider Ayətullah Seyid Əli Xaməneinin Asiyanın Cənub-Şərqində nümayəndəsi və Rəhbərlik Xübrələr məclisinin nümayəndəsi, İftar süfrəsindən sonra xatirə olaraq Taylandlı tələbələrə hədiyyə verdi.
1073219