İQNA-nın (İran Quran Xəbər Agentliyi) Misir çapı olan "Əl-Yəmus-sabe" qəzetinə istinadən verdiyi xəbərə görə Şərəf Əssüfyani – Ərəbistanın Fəza və Nücum Elmləri Birliyinin üzvi və Ərəbistanın Nücum Birliyinin sədr müavini, dedyib: Cümə günü (17 avqust) Şəvval ayının hilalı günəş batmamışdan öncə görünməyəcəkdir. Buna görə də şənbə günü (altıncı gün) Ramazan ayının 30-cu günüdür və bazar günü bayramdır.
BƏƏ-nin də Hilalgörmə (ay izləmə) heyəti İslam ölkələrinin əksəriyyətində Fitr bayramının bazar günü olacağını deyib. Bu heyət İran, Malaziya, İndenoziya, Pakistan, Hind, Cənubi Afriqa, Kenya, İraq, Oman, Suriya və Mərakeş kimi ölkələrdə bayramın bazar günü olacağını qeyd edib.
Bu bəyaniyyədə avqust ayının 19-da da Mərkəzi Asiya, Kanada, Avropa, Suriya və İraq kimi ölkələrdə Şəvval ayının görünməyəcəyi ehtimalı olduğu deyilib. Amma başqa ölkələrdə ayın teleskopla görünməsi mümkündür.
1077775